Zakir Həsənov Litvanın baş naziri ilə görüşdü
02 iyul 2015 14:55 (UTC +04:00)

Zakir Həsənov Litvanın baş naziri ilə görüşdü

İyulun 2-də Litvada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub. Lent.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, sonra müdafiə naziri Litvanın baş naziri Algirdas Butkeviçius ilə görüşüb.

 

Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.


İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən Müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olduğunu xüsusi vurğulayıb.


Müdafiə naziri ölkələrimiz arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsinin Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib. 


Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və digər bu kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyib və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini xüsusi qeyd ediblər.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar