Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq
19 noyabr 2015 07:35 (UTC +04:00)

Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq

Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq.

 

APA-nın məlumatına görə, bu barədə “Wall Street Journal” qəzeti yazıb.

 

Qəzetin yazdığına görə, Parisdə baş vermiş terror aktlarından sonra Rusiya ilə Qərb arasında qarşılıqlı əlaqələrin güclənməsinə baxmayaraq, Avropa liderləri 2016-cı ilin yanvarında  Moskvaya qarşı sanksiyaların müddətinin uzadılacağını istisna etmirlər.

 

“Rusiya prezidenti V.Putinin mövqeyinin möhkəmlənməsi Ukrayna hökumətini narahat edib. Avropa İttifaqı buna biganə yanaşa bilməz. Hətta İŞİD-ə qarşı ümumi mübarizə iqtisadi sanksiyaların aradan qaldırılmasını mümkün etmir”, yazıda qeyd olunur.

 

Xatırladaq ki, 2014-cü ilin yayından Avropa İttifaqı Rusiya qarşı sektoral iqtisadi sanksiyalar tətbiq edib. İqtisadi sanksiyalar paketi əsasən bank sistemi,  müdafiə sənayesi və energetika sahələrini əhatə edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar