Prezident Moldovalı həmkarını təbrik edib
26 avqust 2016 18:33 (UTC +04:00)

Prezident Moldovalı həmkarını təbrik edib

0

Prezident İlham Əliyev Moldovanın prezidenti  Nikolaye Timoftiyə Moldavanın Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.

 

 

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

Hörmətli cənab Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar