“Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur”.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.
N. Məmmədov dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən faktorlardan birinin də QHT-lər olduğunu qeyd edib: “Ona görə də onları beynəlxalq QHT-lər adlandırırlar. Beynəlxalq QHT-lər isə yalnız sahiblərinin sifarişini yerinə yetirirlər”.