Mehriban Əliyeva Milli Assambleya və Senatda görüşlər keçirib
24 may 2013 04:41 (UTC +04:00)

Mehriban Əliyeva Milli Assambleya və Senatda görüşlər keçirib

Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində mayın 23-də Milli Assambleyada və Senatda bir sıra görüşlər keçirib.

 

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, Mehriban Əliyeva Milli Assambleyanın Avropa məsələləri komissiyasının sədri xanım Daniel Orua ilə görüşüb.

 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. D. Orua Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, eyni zamanda, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirib.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Avropa strukturları ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətində mühüm yer tutduğunu vurğulayıb. Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında və enerji layihələrində fəal iştirak etdiyini diqqətə çatdıran Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib.

Görüşdə digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Sonra Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon tərəfindən Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə işçi nahar verilib.

Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Ambruaz Düpon dostluq qrupları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Fransada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirləri yüksək qiymətləndirib.

Mehriban Əliyeva da ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın inkişafı baxımından bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, Fransada Azərbaycanın zəngin mədəniyyətini tərənnüm edən layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

 

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva həmçinin Senatın sədri Jan- Piyer Bellə görüşüb.

 

Jan- Piyer Bel Azərbaycanın birinci xanımının Fransa-Azərbaycan münasibətlərinin inkişafındakı müstəsna rolunu qeyd edib, onu Fransanın həqiqi dostu adlandırıb və Fransa mədəniyyətinin Azərbaycandakı təbliğinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. Fransa senatının sədri ölkələrimizin bütün sahələrdə əməkdaşlığının inkişaf etdiyini xüsusi qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında parlament diplomatiyasının önəmini vurğulayıb.

 

Mehriban Əliyeva Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönələn səylərini yüksək qiymətləndirib.

Azərbaycanın birinci xanımı bundan sonra da parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə, Fransa Senatında ölkəmizin dostlarının sayının artacağına əminliyini ifadə edib.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın Frankafoniya məsələləri üzrə naziri, Fransa prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi xanım Yamina Benqiqi ilə görüşüb.

Xanım Y. Benqiqi bildiribki, Fransa hakimiyyəti Azərbaycanın birinci xanımını ölkənin yaxşı dostu kimi tanıyır və onun Azərbaycan mədəniyyətinin dünyada və Fransada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirləri alqışlayır. Bu baxımdan son bir neçə ayda Parisdə və ölkənin ayrı-ayrı regionlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin uğurlu olduğunu diqqətə çatdıran Yamina Benqiqi Fransa mədəniyyətinin və dilinin Azərbaycanda təbliğinə, o cümlədən Bakıda fransız liseyinin yaradılmasına verdiyi dəstəyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Mehriban xanım Əliyeva Fransanın Azərbaycan üçün önəmli tərəfdaş olduğunu, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini vurğulayıb. Azərbaycanın Fransada tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib, Bakıda fransız liseyinin tikilməsi ilə bağlı layihənin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.

 

Günün sonunda Fransanın Frankafoniya məsələləri üzrə naziri Yamina Benqiqinin adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748
avatar

Oxşar yazılar