Gələn ay Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından öncə mətbuata açıqlamasında deyib. O bildirib ki, Lüksemburq görüşündə həmin toplantıya hazırlıq müzakirə olunacaq.
Xatırladaq ki, Aİ xarici işlər nazirlərinin Lüksemburq görüşü bu gün və sabah keçiriləcək.