<b>Qənirə Paşayeva AŞPA-da səsləndi: <span style="color:red;">“Samvel Farmanyandan soruşun!” </b>
18 aprel 2016 15:42 (UTC +04:00)

Qənirə Paşayeva AŞPA-da səsləndi: “Samvel Farmanyandan soruşun!”

Millət vəkili Qənirə Paşayeva AŞPA-da “Büronun İnkişaf qətnaməsi”nin müzakirəsi zamanı  ön cəbhədə  baş verən son hadisələrlə bağlı çıxış edib. Lent.az-ın məlumatına görə, Q.Paşayeva Azərbaycana qarşı itttiham dolu çıxış edən Samvel Farmanyana sərt cavab verib: “Mən burada başqa bir çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmindən, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində daha nələr etməliyik onlardan danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyanın ölkəm əlehinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm. Mən sizlərə işgalçı Ermənistan hərbiçilərinin anasının gözləri önündə qətl etdiyi 16 yaşındakı Türanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətl edilən Dadaşov Qaraşın ailəsi və  son günlərdə ön cəbhədə Ermənistan hərbiçilərinin atəşkəsi pozaraq qətl etdiyi və yaraladığı,  evlərini dağıtdığı  onlarla mülkü  Azərbaycanlı ailənin çağrışlarını səsləndirmək istəyirəm. Aprel ayında  Ermenistan atəşkəsi pozaraq mülkü azərbaycanlıları, kəndlərı hədəfə alaraq onları bir neçə çülkü vətəndaşı qətl etmiş, çoxlu sayda evləri dağıtmışdır. Bizim əlimizdə bunu sübut edən fotolar və videolar var. Ermənistan heyəti adına burada çıxış edən Farmanyan  təssüf olsun  ki, Ermənistan ordusunun atəşkəsi pozmasına, törətdiyi cinayətlərə, qətillərə  səssiz qalaraq həqiqətlə heç bir əlaqəsi olmayan açıqlamalar verir və dünya ictimaiyyətini yanıltmağa çalışırlar. Ermənistan ordusu 2 Apreldən başlayaraq Ermənistanın işgal ettiyi Azərbaycan topraqlarında qurduğu mövqelərindən  atəşkəsi pozaraq  Azərbaycan topraqlarına saldırdı. Bunu xüsusilə bilmənizi istəyirik. Azərbaycan və Ermənistan arasında yaşanan son olaylar, iki ölkənin sərhəddində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Bu çatışmada mülkü insanlarımızı qoruyaraq həlak olan Azərbaycan əsgərləri,  hərbiçiləri öz torpaqlarını qoruyurdu.  Bəs Ermənistan əsgər və hərbiçiləri orada nə gəzirdi. Soruşun  Farmanyandan ki sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi var idi? Mən burda sizin yanınızda soruşuram. Cavab versin görək nə işi vardı? Çünki  Ermənistan işğalçılığını davam etdirərərk hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmir. Mən Farmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə görə AŞPA prezidenti Pedro Agramunta qarşı səsləndirdiyi ittihamlara  kəskin etiraz edirəm.  AŞPA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiqə və ədalətin yanında olmağa çağırırıq". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar