[b]Qarabağ münaqişəsi Berlində müzakirə olundu[/b]
13 aprel 2016 03:27 (UTC +04:00)

[b]Qarabağ münaqişəsi Berlində müzakirə olundu[/b]

ATƏT “üçlüyü” Berlində Dağlıq Qarabağ və Donbas münaqişəsi zonalarındakı vəziyyəti müzakirə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  ATƏT “üçlüyü” və təşkilatın baş katibi Lamberto Zanyer tərəfindən yayılan birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığa son qoyulması və Donbasda çalışan monitorinq missiyasının müşahidəçilərin təhlükəsizliyinin təmin olunmasına dair çağırış ifadə olunub.   

 

Dağlıq Qarabağ münaqişəsi məsələsində “üçlük” münaqişə tərəflərini zorakılığa son qoymağa və atəşkəs rejiminə əməl etməyə çağırıb. “Üçlük” həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını qeyd edib.  

 

Qeyd edək ki, “üçlüyə”  ATƏT-ə sədrik edən ölkə, həmçinin təşkilatın ötən ilki və gələn ilki sədrləri daxildir. Hazırda Almaniya  ATƏT-ə sədrik edir, ötən il Serbiya rəhbərlik edib, gələn il isə qurumun sədri Avstriya olacaq.

 

Görüşdə həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar