[b]Paşinyan: İlham Əliyevlə görüş barədə danışıq aparılmır    [/b]
13 iyul 2018 08:32 (UTC +04:00)

[b]Paşinyan: İlham Əliyevlə görüş barədə danışıq aparılmır [/b]

 

 

“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm”.

 

APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib.   

 

“Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda bu ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir”, - deyə Paşinyan qeyd edib.     

 

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382
avatar

Oxşar yazılar