<b>Sarkisyan məyus oldu</b>
25 aprel 2016 14:33 (UTC +04:00)

Sarkisyan məyus oldu

Ermənistan ötən gün qondarma erməni soyqırımının 101 –ci il dönümünü qeyd etdi.  Lent.az-ın anspress-ə istinadən məlumatına görə, bu il Ermənistanda  “soyqırımı”  ötən ilə nisbətən çox sönük keçirildi.

 

Rəsmi İrəvan 2015-ci ildəki kimi dünyanın nüfuzlu şəxslərinin gələcəyini düşünürdülər. Erməni mətbuatı tədbirlərdən əvvəl yazırdı ki,  Roma papası Fransisk, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi  Mun və digər nüfuzlu dövlət rəhbərləri "soyqırımı" tədbirlərində iştirak etmək üçün İrəvana gələcəklər.

 

Çünki qondarma soyqırımın 100 –cü il dönümündə bütün etirazlara baxmayaraq Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Serbiya prezidenti Milorad Dodik və digər hökumət rəhbərləri iştirak etmişdi.

 

Amma bu il Ermənistana yalnız  Hollivud ulduzu Corc Kluni, həyat yoldaşı  vəkil Amal Kluni, bir neçə qəzetin redaktoru və erməni porno ulduz Kim Kardaşyan gəldilər.  Ermənistan həmçinin nüfuzlu dövlət rəhbərlərinin “soyqırımı” tanıması üçün Türkiyəyə müraciət edəcəyini gözləyirdi.

 

Çünki 2014-cü ildə Fransa prezidenti Fransua Olland Türkiyəni qondarma erməni soyqrımını tanımağa çağırmışdı.  Həmçinin ermənilər ABŞ-dan hər il gözlədiyi “soyqırım”ı ifadəsini bu il də eşitmədilər.

 

Bu il keçirilən qondarma soyqırım tədbirlərini şərh edən  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ANS PRESS-ə açıqlamasında bildirdi ki, artıq dünyanın nüfuzlu dövlətləri Ermənistanın yalanlarına inanmır.

 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi çox çalışdı amma heç bir dünya liderini İrəvana gətirə bilmədi.

 

“Onların gücü yalnız hansısa erməni iş adamının hesabına Corc Klunini gətirməyə çatdı. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov istəsə İrəvan  24 apreldə gələrdi. Amma  Lavrov belə  “soyqırım”dan 2 gün əvvəl İrəvana tələsik gəldi və geri döndü.  Heç bir dünya mətbuatı “soyqırımı” barədə yazmadı. Bütün bunlar beynəlxalq ictimaiyyətin qondarma erməni soyqırımına marağının azaldığını göstərir”,-deyə siyasi şərhçi bildirdi.

 

Elxan Şahinoğlu bildirdi ki, burada Türkiyənin də nüfuzunun artmasını qeyd etmək lazımdır. Onun sözlərinə görə, hazırda dünyanın aparıcı dövlətləri regional proseslərə heç bir təsiri olmayan Ermənistanla deyil, siyasi və iqtisadi cəhətdən güclü Tükiyə ilə əməkdaşlığa can atır. “Ona görə də dövlətlər Türkiyəni narazı salacaq addıma atmaqdan çəkinirlər. Çünki Avropa dövlətləri Suriya və İraqda Türkiyənin təsirini yaxşı başa düşür”,-deyə Elxan Şahinoğlu bildirdi.

 

Həmçinin məlumdur ki, aprelin əvvələrində Azərbaycan – Ermənistan təmas xəttində vəziyyət gərginləşdi. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf məğlub formada geri çəkilməli oldu.

 

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü , millət vəkili Aydın Mirzəzadə bildirdi ki, “soyqırım”ın bu il çox sönük formada qeyd edilməsinin səbəblərindən biri də Azərbaycan ordusunun bu ay əldə etdiyi uğurlardır. Onun sözlərinə görə, bu cavab tədbirlərindən sonra nüfuzlu dövlətlər Ermənistanın zəif olduğunu bir daha anladılar. “Həmçinin 23-dən 24-nə keçən gecə Azərbaycan ordusunun qarşı tərəfin tankını heyəti ilə məhv etməsi qondarma soyqırımı tədbirlərinə marağı azaltdı”,-deyə millət vəkili qeyd etdi.

 

Aydın Mirzəzadə həmçinin bildirdi ki, artıq  dünyanın nüfuzlu tarixçilərı “soyqırım”ın yalan olduğunu sübut ediblər. “Ona görə də erməni diasporasının da böyük tədbirlər keçirməyə marağı qalmayıb”,-deyə o, bildirdi. 

 

Rəsmi İrəvan iddia edir ki, Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilər sistemli şəkildə məhv edilib.  Türkiyə isə bu iddiaları qəbul etmir.

Bu 101 il ərzində dünyanın bəzi  dövlətləri erməni lobbisinin təsiri  və həmçinin  Türkiyəyə qarşı öz istədiklərini qəbul etdirmək  üçün “soyqırımı” iddialarını tanıyıblar.

 

Məsələn, Türkiyə və Rusiya arasında münasibətlər korlandıqdan sonra  rəsmi Moskva dolayısı yollarla “soyqırımı” iddialarının qəbul etməyənlərə qarşı cəzaların tətbiq ediləcəyini gündəmə gətirdi. Amma Türkiyənin regionlar təsirləri Rusiya Dövlət Dumasında sənədin qəbul olunmaması ilə nəticələndi.

 

Həmçinin Avropa dövlətləri də daima Türkiyəni bu məsələdə sıxışdırmağa çalışır. Amma hazırda miqrant məsələsində rəsmi Berlinin və Parisin tək ümidi Ankaradır. Bu səbəbdən Almaniya kansleri Angela Merkel “soyqırım” tədbirləri ərəfəsində İrəvana deyil, Ankaraya səfər etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364
avatar

Oxşar yazılar