[b]MSK sədri qeydiyyata alınan müşahidəçilərin sayını açıqladı[/b]
07 sentyabr 2016 16:50 (UTC +04:00)

[b]MSK sədri qeydiyyata alınan müşahidəçilərin sayını açıqladı[/b]

0

Referendumda müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 846 müşahidəçi qeydiyyatdan keçib

 

APA-nın məlumatına görə, bunu bu gün MSK sədri Məzahir Pənahov bildirib. MSK-da qeydiyyatdan keçən müşahidəçilərdən 598 nəfəri 2 QHT-nin müşahidəçisidir, 2 nəfər  xüsusi icazə ilə, qalanları öz təşəbbüsləri ilə qeydiyyatdan keçib.

 

Seçki dairələrində isə 37 429 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 22481 nəfəri öz təşəbbüsü il qeydiyyatdan keçib. Onlardan 881 nəfəri QHT-nin müşahidəçisidir.  “Yeni Azərbaycan” təşviqat qrupunun 4410, “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun 3024, “Bələdiyyə” təşviqat qrupunun 4577 müşahidəçisi qeydiyyatdan keçib. Qalan müşahidəçilər siyasi partiyaların təmsilçiləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar