<b><span style="color:red;">Almaniyalı deputat:  "Mülki əhaliyə qarşı hərbi həmlələr qəbuledilməzdir”</b>
30 aprel 2016 16:41 (UTC +04:00)

Almaniyalı deputat: "Mülki əhaliyə qarşı hərbi həmlələr qəbuledilməzdir”

Aprelin 1-dən başlayaraq Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca Azərbaycan mövqelərinə və mülki əhalinin məskunlaşdığı kənd və qəsəbələri  ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir.

Avropa Azərbaycan Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərinə qarşı hərbi həmlələr etməsi ilə əlaqədar olaraq  Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Helmut Novak açıqlama verib. Açıqlamada bildirilir:

 

“ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası “dondurulmuş münaqişələrin” həlli ilə daha çox məşğul olacağını bəyan edib. Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür. Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir. Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır. Hazırkı hərbi təxribatlar, təəssüf ki, Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütovlüyünü qorumaq cəhdlərinə mane olur. Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar