Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 7 bənddən ibarət sənəd təklif edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bildirib.
Onun sözlərinə görə, “Almaniya XİN-i 7 bəndən ibarət daxili sənədi dövriyyəyə buraxıb”.
“Proqram münaqişənin həll yollarını nəzərdə tutmur, çünki müvafiq mandata ATƏT-in Mİnsk Qrupunun həmsədrləri malikdirlər. Buna baxmayaraq, sənəddə bir neçə mühüm müddəa öz əksini tapıb, onların arasında atəşkəsin saxlanılması ən əsas bənddir ... Hər iki tərəfin atəşkəs rejiminə əməl etməsi bizim üçün çox vacibdir və mən düşünürəm ki, hazırda münaqişənin sülh yolu ilə nizamlanması üzrə yeni dinamika yaranıb”, - deyə Kisler jurnalistlərə bildirib.
Diplomat sənədin detallarını təqdim etməkdən imtina edib. Kisler qeyd etdiyi sənədin Minsk Qrupunun həmsədrləri tərəfindən müzakirə olunmasından xəbərsiz olduğunu bildirib.