[b]Almaniya XİN: “Qarabağ üzrə ciddi danışıqlar aparılmalıdır”[/b]
12 aprel 2016 23:50 (UTC +04:00)

[b]Almaniya XİN: “Qarabağ üzrə ciddi danışıqlar aparılmalıdır”[/b]

XİN rəhbəri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması  üzrə ciddi danışıqlar aparılmasının vacibliyini qeyd edib.

 

Berlində “üçlüyün” keçirəcəyi görüşdən əvvəl açıqlama verən nazir qeyd edib ki, münaqişə tərəflərinin atəşkəsin bərpa edilməsinə nail olmasını alqışlayıb: “Lakin status-kvo təhlükəsizliyi təmin edə bilməz”.     

 

Qeyd edək ki, “üçlüyə”  ATƏT-ə sədrik edən ölkə, həmçinin təşkilatın ötən ilki və gələn ilki sədrləri daxildir.

 

Hazırda Almaniya  ATƏT-ə sədrik edir, ötən il Serbiya rəhbərlik edib, gələn il isə qurumun sədri Avstriya  olacaq.

 

Görüşdə həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Oxşar yazılar