“Şuşaya Azadlıq” kampaniyasının tərəfdaşları Bakıda
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsinin icrasına başlanılıb.
Lent.az-ın məlumatına görə, layihənin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən zəpt olunan, tarixi abidələri dağıdılan qədim Azərbaycan şəhəri, “Qafqazın musiqi beşiyi” adlandırılan Şuşanın zəngin mədəniyyət irsini, işğal həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, ədalətin bərpası üçün xarici ölkələrin QHT-lərini, mədəniyyət xadimlərini, media nümayəndələrini və digər əcnəbi tərəfdaşları birgə silsilə fəaliyyətə və təbliğat işlərinə cəlb etməkdir.
4 may 2015-ci il, saat 11:00-da layihə çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkə (Polşa, Türkiyə, Litva, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Belçika, İsrail, Rumıniya, Estoniya, Latviya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Sudan) QHT-sinin rəhbərləri ilə Şurada görüş keçiriləcək.
206