“ELS” “exit-poll”un nəticələrini açıqladı
26 sentyabr 2016 19:47 (UTC +04:00)

“ELS” “exit-poll”un nəticələrini açıqladı

0

“ELS” - Müstəqil Araşdırmalar Mərkəzi referendumla əlaqədar keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb. 

APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, "exit-poll” ölkə ərazisində 400 seçki məntəqəsində həyata keçirilib. Onun sözlərinə görə, çıxışda sorğu  Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsini əhatə edib: "Könüllülərimiz seçki məntəqələrinin çıxışında dayanıb seçicilərdən sorğu anketini doldurmağı xahiş ediblər. Seçici anketi doldurandan sonra onu şəffaf qutuya atır və beləcə sorğu davam edir. Bu gün saat 08:00-dan başlayan sorğu 18:00-dək davam edib". 

O qeyd edib ki, saat 18:00-dək olan seçici fəallığı 65,1 faiz təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar