“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Milli Məclisin qərarına əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda aşağıdakı dəyişiklik edilib:
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.6-cı maddəsindən “, standartlaşdırma və metrologiya müəssisələri” sözləri çıxarılsın.