“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ”
07 iyul 2015 19:14 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ”

 

 

İrəvanda səfərdə olan Avropa İttifaqının Cənub Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalber Ermənistan xarici işlə naziri Edvard Nalbandyanla görüşüb.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub.

 

Tərəflər münaqişənin həlli ilə bağlı Riqa sammitinin bəyannaməsində göstərildiyi kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və 2009-cu ildən bəri onların verdiyi bəyanatlara diqqət yetiriblər.

 

Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur. H. Zalber təmsil etdiyi qurumun ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək verdiyini bir daha təsdiqləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar