Fevralın 1-də Müsavat Partiyasının qərargahında 2013-cü il prezident seçkilərində İsa Qəmbərin namizədliyini müdafiə edən partiyaların (Müsavat Partiyası, AXP, ADİP, CXP, DBP, DSP, Əmək Partiyası, Əhrar Partiyası, Yeni Turan Partiyası) növbəti görüşü keçirilib.
Lent.az-ın məlumatına görə, ölkədə mövcud vəziyyəti, getdikcə artan ictimai gərginliyi müzakirə edən toplantı iştirakçıları 27 yanvarda İsa Qəmbərin Lənkəran səfərinin qarşısının yenidən alınmasını qınayıblar.
Toplantıda seçkilərə hazırlığın gedişi müzakirə edilib, müvafiq qərarlar qəbul edilib. Həmçinin qərara alınıb ki, fevralın 15-də “2013-cü il prezident seçkiləri”nə həsr olunmuş partiyalararası müşavirə keçirilsin.