Müzakirələr Avropa-Azərbaycan Cəmiyyəti və Latviya parlamentinin üzvü İnese Vaiderenin təşəbbüsü ilə keçirilib
Avropa-Azərbaycan Cəmiyyəti (AAC) Latviya parlamentinin üzvü İnese Vaidere ilə birgə Brüsseldə Avropa Parlamentində “Avropa 2020: Azərbaycanla enerji tərəfdaşlığına diqqət yetirmək” adlı toplantı təşkil edib. AAC-dan APA-ya verilən məlumata görə, partiyalar arası debatlarda, konfransda Avropa Xalq Partiyasının, Sosialistlər partiyasının, Liberallar Alyansı və Avropa Demokratları partiyalarının üzvləri iştirak ediblər.
Məruzəçilər parlament üzvləri və digər əhəmiyyətli səhmdarlar, o cümlədən Azərbaycanın AB-də səfiri Fuad İsgəndərov və Avropa Komissiyasında Enerji üzrə baş direktor, təbii qaz siyasəti üzrə məsləhətçi Brendan Devlin olublar.
İclas zamanı Cənubi Qafqaz enerji sektorunda son irəliləyişlər müzakirə olunub və Avropa Parlamenti siyasətçiləri arasında konstruktiv dialoq aparılıb. İştirakçılar enerji sektorunda Avropa-Azərbaycan əməkdaşlığının qiymətləndirilməsini və 2020-ci ilə qədər daha geniş əməkdaşlıq imkanlarını müzakirə ediblər.
AAC-ın Belçika Ofisinin sədri Roman Huna bildirib ki, təşkilat Cənubi Qafqazla bağlı məlumat üzrə inanılan platforma yaradıb: “Buna görə də, biz Brüsseldə Avropa müəssisələrində əsas səhmdarları Avropanın strateji tərəfdaşlarından biri olan Azərbaycanla bağlı ilk və etibarlı məlumatlarla təmin etmək üçün fikri mübadiləsini müdafiə edirik”.
Parlamentin üzvü İnese Vaidere isə bildirib ki, enerji ilə bağlı işlər artıq Avropa Birliyi üçün son dərəcə əhəmiyyətli olub: “Əgər biz gələcəkdə enerji təchizatını təmin etmək istəyiriksə, indidən işə başlamalıyıq. Bizim bu gün müzakirə etdiklərimiz, 2020-ci ilə qədər Avropa enerji müstəqilliyinə nail olmaq niyyətimizlə uyğun gəlir“.
Toplantıda Avropa Komissiyasını Avropanın Azərbaycanla mövcud enerji tərəfdaşlığını müzakirə etmiş Brendan Devlin təmsil edib. O Azərbaycanın investor kimi əhəmiyyətli rolunu qeyd edib: “Biz Azərbaycanın yenilənmə qabiliyyətini alqışlayırıq”.
Rusiya ilə Ukrayna arasında “qaz müharibəsi”ndən bəri, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rollardan birinin oynamağa başlayıb. Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri, səfir Fuad İsgəndərov bu faktı bir daha qeyd edib: “Azərbaycan Avropanın təhlükəsizliyinə töhfə vermək məqsədilə onunla işləməyə hazır olduğunu həmişə bəyan edib”.
İclas fikirlərin səmimi və konstruktiv mübadiləsini sadələşdirərək Avropa Parlamentinin bir sıra aparıcı üzvlərini bir araya gətirib. Parlamentin üzvü və Litvanın sabiq prezidenti Vitautas Landsbergis Cənubi Qafqaz ölkələri ilə enerji sektorunda əməkdaşlığın Dağlıq Qarabağ və digər 7 ətraf rayonun işğal olunması nəticəsində meydana çıxmış Azərbaycan-Ermənistan konflikti də daxil olmaqla, digər konfliktlərin də həll edilməsinə kömək göstərəcəyini qeyd edərək belə müzakirələrin vacibliyini vurğulayıb.