“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət narahatedici olaraq qalır”.
APA-nın məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Cənub-şərq Avropada və Qafqazda təhlükəsizlik və stabillilik mövzusunda plenar iclasda İtaliya xarici işlər naziri Culio Terzi Sant Agata deyib.
İtaliya XİN rəhbəri bildirib ki, münaqişənin həlli Avropada sülh və stabillilik üçün tarixi bir töhfə olacaq: “Bu Ermənistan və Azərbaycan üçün siyasi və iqtisadi stabillilikdən bəhrələnməyə imkan yaradacaq. İtaliya münaqişənin Madrid prinsipləri əsasında həllini dəstəkləyir. İtaliya tərəflər arasında etimadını yarada biləcək tədbirlərdə kömək etməyə hazırdır”.