447 KİV Eynulla Fətullayevin tədbirindən yazıb
25 yanvar 2013 16:46 (UTC +04:00)

447 KİV Eynulla Fətullayevin tədbirindən yazıb

 

“İnsan haqları uğrunda” İctimai Birlik “Avropanın qürubu və ya Avropa dəyərlərinin böhranı” adlı beynəlxalq layihə çərçivəsində özünün ilk hesabatının təqdimat mərasimini keçirib. Mərasim yanvarın 21-də Brüsseldəki Avropa Mətbuat Evində baş tutub. Birliyin sədri Eynulla Fətullayev də əvvəlcə bu mərasimdə, sonra isə Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında. iştirak edib.

 

Artıq Bakıya qayıdan E.Fətullayev haqqin.az saytına açıqlamasında deyib ki, həm hesabat, həm də ümumiyyətlə təşkilatın beynəlxalq layihəsinin özü beynəlxalq ictimaiyyətdə və Avropa cəmiyyətlərində böyük maraqla qarşılanıb. Dünyanın müxtəlif ölkələrindən 447 kütləvi informasiya vasitəsi hesabat haqda məlumat və layihənin təqdimat mərasimindən reportajlar verib. Bu sırada “Notably Bloomberg”, “The Wall Street Journal”, “Reuters”, “San Francisco Chronicle”, “Boston Globe”, “Houston Chronicle”, “Business Journal”, “Yahoo!”, “Austria Presse Agentur”, “Deutsche Presse Agentur”, “Finanz Nachrichten”, “Yahoo Germany” və bir sıra aparıcı Avropa və ABŞ nəşrlərini göstərmək olar.

Fətullayevin sözlərinə görə, “The Wall Street Journal”, “Reuters”, “San Francisco Chronicle”, “Boston Globe” xüsusi vurğulayıblar ki, öz xarici siyasətində insan haqları və demokratiya məsələlərinə ayrıca diqqət yetirən Almaniyanın özü də ilk dəfə olaraq beynəlxalq hüquq müdafiə təşkilatının monitorinqinin obyektinə çevrilir. Monitorinq zamanı bu ölkədə fundamental siyasi azadlıqların, o cümlədən yığıncaq, söz, ifadə azadlığının təmin edilməsi sahəsində ciddi qanun pozuntuları, həmçinin hüquq-mühafizə orqanlarının fəaliyyətindəki qüsur və nöqsanlar üzə çıxarılıb. Bir daha xatırladaq ki, monitorinqin nəticələri ilə bağlı www/ thedecline.info saytından daha ətraflı məlumat əldə etmək olar.

 

Yeni Müsavat

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar