Vasif Talıbov buna görə istefa verib - RƏSMİ
21 dekabr 2022 15:25 (UTC +04:00)

Vasif Talıbov buna görə istefa verib - RƏSMİ

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Lent.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.

Sessiyanın gündəliyinə aşağıdakı məsələ verilib:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5568
avatar

Oxşar yazılar