Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
30 avqust 2026 16:45 (UTC +04:00)

Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

“Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var” - Hikmət Hacıyev

0

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət daşıyan məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatda qalır. Məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindədir və daim nəzarətdə saxlanılır. Dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının yerinin müəyyənləşdirilməsi, qalıqlarının aşkar edilərək çıxarılması və identifikasiyası, habelə onilliklər ərzində qeyri-müəyyənlik içində yaşayan ailələrinə nəşlərinin qaytarılması istiqamətində sistemli fəaliyyətini davam etdirir.

Şahid ifadələri yoxlanılır, ehtimal olunan dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlar qazılaraq açılır, aşkar edilmiş qalıqlar isə məhkəmə-tibbi və DNT analizləri vasitəsilə tədqiq olunur. Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib, 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib. Bu baxımdan, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn olunduğu yerlər barədə dəqiq və hərtərəfli məlumatların təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq hər şeydən əvvəl humanitar öhdəlikdir və minlərlə ailənin onilliklər boyu yaşadığı qeyri-müəyyənliyə son qoyulması üçün zəruridir. Çətin relyef və hava şəraitinə, habelə minaların və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslar və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir. Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var. Hər bir itkin şəxsin adı var. Hər bir ailə cavab almağa layiqdir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar