Siyavuş Novruzov xəstəxanaya yerləşdirildi: ƏMƏLİYYAT OLUNUB
20 mart 2025 16:57 (UTC +04:00)

Siyavuş Novruzov xəstəxanaya yerləşdirildi: ƏMƏLİYYAT OLUNUB

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub. 

Lent.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, deputat diz nahiyəsindən əməliyyat keçirib. 

Siyavuş Novruzov idman edən zaman diz nahiyyəsini zədələyib.

O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir. 

Siyavuş Novruzov Manset.az-a açıqlamasında bu barədə məlumatı təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar