Separatçıların  sonuncu “prezidenti”  İrəvanda saxlanıldı
28 dekabr 2023 15:45 (UTC +04:00)

Separatçıların sonuncu “prezidenti” İrəvanda saxlanıldı

Daxili İşlər Nazirliyinin polis patrul xidmətçiləri Qarabağ separatçılanın sonuncu “prezidenti” Samvel Şahramanyanın avtomobilini İrəvanda saxlayıblar.

Lent.az-ın Ermənistan KİV-nə  istinadla xəbərinə görə, çünki o, mühafizəçilər və konvoyun müşayiəti ilə gedirmiş. Polislər Şahramanyana xəbərdarlıq ediblər ki, qanuna görə onun konvoyda hərəkət etmək hüququ yoxdur.

Daxili İşlər Nazirliyindən bu xəbəri təsdiqləyib, onların yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanıldıqlarını, lakin protokol tərtib etmədiklərini, sadəcə xəbərdarlıq etdiklərini bildiriblər.

Qeyd edilir ki, Ermənistanda mühafizəçilər və konvoylarla səyahət etmək hüququ dövlət himayəsində olan şəxslərə, məsələn, baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, Ermənistan prezidenti, xarici işlər naziri və başqalarına verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4890
avatar

Oxşar yazılar