“Vladimir Putin artıq Ukraynanı itirib”.
Lent.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden telekanalların birinə müsahibəsi zamanı deyib.
Bayden bildirib ki, Putin Ukraynaya soxularkən bu ölkənin rusdilli əhalisinin onun ordusunu səmimiyyətlə qarşılayacağına əmin idi.
“İkinci tərəfdən, o, NATO-nu nəzərə almamışdı. NATO-nun heç bir addım atmayacağını fikirləşirdi. Amma göründüyünün əksinə oldu”, - o qeyd edib.