Belə bir təklif gələrsə, Moskva Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Baydenin görüşünün mümkünlüyünü nəzərdən keçirməyə hazırdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” kanalında “60 dəqiqə” verilişinin efirində deyib.
“Təklif daxil olarsa, ona baxacağıq”, - nazir bildirib. O qeyd edib ki, Rusiya tərəfi bu cür görüşlərə müsbət münasibətini dəfələrlə bəyan edib və heç vaxt onlardan imtina etməyib.