
İlham Əliyev, Azərbaycan Prezidenti
Prezidentdən insanların əlindən torpaq alanlara XƏBƏRDARLIQ
“Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı fikirlərim var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Prezident qeyd edib ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Dövlət başçısı bildirib ki, bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür: “O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin”.

Oxşar yazılar
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə PAYLAŞIM
7 mart 2021 , 22:52
Xarici diplomatlar Qubadlıda - FOTO
6 mart 2021 , 17:14
"Ermənilər Allahın evində heyvan saxlayıb" - Liviyalı diplomat
6 mart 2021 , 12:28
Bu gün Məmməd Əmin Rəsulzadənin anım günüdür
6 mart 2021 , 01:31
İlham Əliyev: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir”
5 mart 2021 , 21:52YAP İdarə Heyətinin yeni üzvləri - SİYAHI
5 mart 2021 , 18:02
YAP-ın VII qurultayı keçirildi - YENİLƏNİB
5 mart 2021 , 17:05
YAP-da İcra katibliyi ləğv edildi - YENİLƏNİB
5 mart 2021 , 16:55