Kolumbiyalı jurnalist ERMƏNİ VƏHŞİLİYİNDƏN  yazdı - FOTO
20 noyabr 2021 10:04 (UTC +04:00)

Kolumbiyalı jurnalist ERMƏNİ VƏHŞİLİYİNDƏN yazdı - FOTO

Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “LaOtraCara” portalında azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun ölkəmizin Vətən müharibəsindəki tarixi qələbəsi, azad olunmuş ərazilərimizdəki erməni vandalizmi və burada Azərbaycan tərəfindən görülən işlər, eləcə də bölgənin gələcəyinə dair ölkəmizin vizyonu barədə “Qaliblər barış əlini uzadır” başlıqlı məqaləsi dərc olunub.

Lent.az-ın məlumatına görə, məqalədə ilk olaraq, Azərbaycanın ötən il 44 gün davam edən müharibə nəticəsində 30 ilə yaxın Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-qanuni işğalda saxlanılan torpaqlarını azad etməyə nail olduğu barədə məlumat verilir. 

Müəllif bölgəyə səfəri zamanı şahid olduğu mənzərələrə də istinad edərək işğal müddətində Azərbaycan ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı dağıntılar törədildiyi və burada kütləvi minalama aparıldığını bildirir. 

Yazıda, həmçinin Şuşa şəhərinin ölkəmizin tarixi və mədəniyyətindəki müstəsna önəmi və şəhər işğaldan azad olunarkən Azərbaycan silahlı qüvvələrinin nümayiş etdirdiyi milisiz rəşadət haqda danışılır, burada bitən xarı bülbül gülünün Azərbaycanın qələbə simvoluna çevrildiyi qeyd olunur və ölkəmiz tərəfindən aparılan intensiv yenidənqurma işləri sayəsində işğaldan azad olunmuş digər Azərbaycan əraziləri kimi Şuşanın da sürətlə dirçəlməkdə olduğu söylənilir. 

Sonda Azərbaycanın bölgədə davamlı sülh və əməkdaşlıq mühiti arzuladığı, bunun üçün Ermənistanı qonşularına münasibətdə ərazi iddialarını kənara qoyaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa və bölgədə sabitlik və inkişaf naminə birlikdə çalışmağa dəvət etdiyi qeyd olunur. 

# 1866
avatar

Oxşar yazılar