Gürcüstanda azərbaycanlıya yüksək diplomatik vəzifə verildi
14 fevral 2024 08:01 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıya yüksək diplomatik vəzifə verildi

Gürcüstanın Marneuli rayonundan olan Mirzə Süleymanov yüksək diplomatik vəzifəyə təyin olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, ABŞ-nin Texas Universitetində bakalavr və magistr dərəcəsində təhsilini başa vuraraq Gürcüstana qayıdan Mirzə Süleymanov Gürcüstan Respublikasının Sloveniyadakı səfirliyinin 1-ci katibi vəzifəsinə təyin edilib.

Qeyd edə ki, Mirzə Süleymanov uzun illər Gürcüstan Parlamentinin üzvü olmuş Azər Süleymanovun oğludur.

# 3429
avatar

Oxşar yazılar