Azərbaycan 21 iranlı məhbusu ölkəsinə ekstradisiya edib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə İranın baş prokurorunun hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi bildirib.
O qeyd edib ki, Azərbaycandakı iranlı məhbusların əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum edilib.
M. Abbasi vurğulayıb ki, bu məhkumlardan bəziləri Azərbaycanda 11 il müddətində həbsdə olub.