“Bədniyyət şəxslər tərəfindən ABŞ Səfirliyi adından elektron ünvanlara qiymət təklifi ilə sorğular göndərilir. Qiymət təklifi ilə aldığınız hər bir sorğuya diqqətlə baxmağı Sizlərdən xahiş edirik”.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, əgər onlar @state.gov elektron ünvanından gəlmirsə, bu o deməkdir ki, sorğular qanunauyğun deyil:
“Aldığınız yazışmalarla bağlı hər hansı şübhəniz varsa, dərhal ABŞ Səfirliyinin internet saytında “Cari biznes imkanları” bölməsini yoxlaya bilərsiniz.
https://az.usembassy.gov/emb.../baku/business-opportunities/”.