Türkiyəli jurnalistlər Türk şəhidliyinə və Cümə məscidinə baş çəkiblər
Lent.az xəbər verir ki, Türk şəhidliyinin tarixi barədə məlumat verən millət vəkili bildirib ki, buradakı qəbir 1918-ci ilin məlum hadisələri zamanı Azərbaycana gələn Qafqaz İslam Ordusunun minbaşısı (mayoru) və Azərbaycan torpağı uğrunda canını fəda etmiş İzzət Əfəndinindir: “Bildiyiniz kimi, 1918-ci ildə Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən böyük qətliam-soyqırımı həyata keçirilib. O zaman Azərbaycan türklərinə dəstək məqsədilə qardaş Türkiyədən Qafqaz İslam Ordusu köməyə gəlmişdi. Həmin vaxt çoxlu sayda türk qardaşlarımız Azərbaycan uğrunda canlarını qurban veriblər. Həmin şəhidlərdən biri də, qəbrini ziyarət etdiyimiz İzzət Əfəndidir”.
Şamaxı rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əşrəf Şükürov bildirib ki, ötən əsrin 30-cu illərində Tağıyev soyadlı bir Şamaxı sakini bu qəbrin itib-batmaması üçün onun bərpa olunmasına cəhd göstərib. Bundan xəbər tutan o vaxtkı rayon rəhbərliyi həmin şəxsi ailəsi ilə birlikdə güllələtdirib.
“Daha sonra 50-ci illərin ortalarında başqa bir şamaxılı bu qəbrin bərpasına çalışır, ancaq ona da imkan verilmir. Digər bir maraqlı fakt isə odur ki, 70-ci illərin ortalarında Şamaxıda işləyən yüksək rütbəli bir nəfər erməni həmin qəbrin it-bat olması üçün yol xəttinin məhz həmin qəbrin yerləşdiyi ərazidən keçməsinə çalışır. Bundan xəbər tutan Azərbaycanın o vaxtkı dövlət rəhbəri Heydər Əliyev bu məkrli erməni planının qarşısını alır, həmin yol xəttinin qəbrin kənarından keçməsinə qərar verir”.
Qeyd edək ki, bundan sonra Türkiyəli jurnalistlər millət vəkilinin iştirakı və təşəbbüsü ilə, 1918-ci il Şamaxı qırğınlarının canlı şahidi olan Cümə məscidinə baş çəkiblər.
Millət vəkilinin bildirdiyinə görə, 1918-ci il qırğınları zamanı 4000 şamaxılı qətlə yetirilib ki, onların da məhz 1000 nəfəri Cümə məscidinə doldurularaq yandırılıb və məhv edilib.
Türkiyəli jurnalistlər eşitdiklərindən və gördüklərindən kədərləndiklərini və dəhşətə gəldiklərini bildiriblər.

664