Həmsədrlər Ermənistana gediblər
16 iyul 2011 13:06 (UTC +04:00)

Həmsədrlər Ermənistana gediblər

Azərbaycana səfərlərini başa vuran ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) bu gün Bakıdan İrəvana yola düşüblər. APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən fransalı həmsədr B. Fasie hələlik səfərin ortasında olduqlarını əsas gətirərək, Bakıda keçirdikləri görüşlər barədə açıqlama verə bilməyəcəklərini, səfər bitəndən sonra bəyanatla çıxış edəcəklərini deyib. O, yola saldığımız həftənin əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüklərini, hər iki şəxsdən dəstək aldıqlarını ifadə edib.

Amerikalı həmsədr R. Bradtke isə ABŞ-ın münaqişənin yalnız sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib: “ABŞ sülh prosesinə sadiqdir və bu istiqamətdə səylərini əsirgəməyəcək”.

Qeyd edək ki, həmsədrlər bu axşam İrəvanda olacaq, sabah isə Ermənistan rəsmləri ilə danışıqlar aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar