Bahar Muradova ATƏT PA sədrinə və ATƏT PA sədrinin xüsusi nümayəndəsinə məktub yazıb
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova ermənilərin Tovuz rayonunun Əlibəyli kəndində törətdikləri vandalizm aktı ilə əlaqədar ATƏT PA sədri Petros Eftimiuya və ATƏT PA sədrinin Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşə məktubla müraciət edib. Lent.az-ın verdiyi məlumata görə, məktubda yazılıb ki, ötən həftə Belqradda keçirilmiş ATƏT PA-nın “ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni başlanğıc” mövzusunda yay sessiyasında həlli uzadılmış münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer aldığı qəbul edilmiş Belqrad Bəyannaməsinin mürəkkəbi qurumamış Ermənistan tərəfi yenə də destruktiv addımlar atır.
Bahar Muradova Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində 13 yaşlı Aygun Şahmalıyevanın həyatını itirdiyini qeyd edib: “Danışıq prosesinin intensivləşdiyi vaxtda, Minsk qrupu həmsədrlərinin regiona səfəri və iki ölkənin xalqları arasında etimadın yaradılması istiqamətində səylərin müzakirə olunduğu bir vaxtda, partlayıcı maddə ilə doldurulmuş uşaq oyuncağını çay vasitəsilə Azərbaycan tərəfinə göndərən Ermənistan günahsız uşaqların qətlə yetiriliməsinə yönələn çirkin siyasətini aparmaqda davam edir. Yuxarıda göstərilən vandalizm hadisəsindən dərin narahatçılığımızı ifadə edir, məsələyə münasibət bildirməyinizi xahiş edirik”.

491