ADP sədri: “İqbal Ağazadə “kölgə parlamenti”nin sədri olmayacaq”
12 iyul 2011 17:03 (UTC +04:00)

ADP sədri: “İqbal Ağazadə “kölgə parlamenti”nin sədri olmayacaq”

“Kölgə parlamenti”nin quruculuğunda ADP və Ümid iştirak etdiyinə görə, bizim partiyalardan da parlamentin sədri postuna müavinlər səviyyəsində namizədlər verilə bilər”.


Bunu Lent.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, istənilən halda Ümid Partiyasının sədri “kölgə parlamenti”nin işində iştirak edəcək, ancaq böyük ehtimalla, parlament sədri olmayacaq.


İ. Ağazadənin həm real, həm də “kölgə parlamenti”ndə təmsil olunacağına da münasibət bildirən ADP sədri deyib ki, bunun dünyada bir çox örnəyi var: “Bir çox ölkənin prezidenti həm də başqa ictimai əhəmiyyətli layihələrdə, təşkilatlarda təmsil olunur”.


“Kölgə parlamenti”nin yaradılması ilə bağlı aparılan işlərə də toxunan S. Cəlaloğlu bildirib ki, artıq 80 nəfərə yaxın şəxslə danışılıb, onların “kölgə parlamenti”nə qoşulmaqla bağlı razılığını alınıb: “Buraya müstəqil şəxslər, QHT nümayəndələri, cəmiyyətdə kifayət qədər nüfuzu və çəkisi olan şəxslər daxildir. Onların hamısı ötən seçkilərdə namizədliyini irəli sürmüş və növbəti seçkilərdə də irəli sürəcək şəxslərdir”.

S. Cəlaloğlu qeyd edib ki, “kölgə parlamenti”nin çəkisinin real parlamentdən daha yüksək olmasına çalışırlar: “Əks halda, yaradacağımız “kölgə parlamenti” elə adı kimi kölgədə qalacaq”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389

Oxşar yazılar