Sülhəddin Əkbər və İbrahim İbrahimli təşkilat yaradır
Bu barədə Lent.az-a Sülhəddin Əkbər məlumat verib. O bildirib ki, iyulun 11-də keçirəcəkləri mətbuat konfransında birliyin təşkilat komitəsini ictimaiyyətə təqdim edəcəklər. Təşkilatın özünün yaradılması isə sentyabr ayına nəzərdə tutulub.
“Avroatlantik Şura” adlandırılması planlaşdırılan ictimai birliyin təşkilat komitəsində Sülhəddin Əkbərlə yanaşı, İbrahim İbrahimli, “FAR Center” təşkilatının rəhbəri, Müsavat üzvü Hikmət Hacızadə, Azad İsazadə, Cəsur Sümərinli, politoloq Elxan Şahinoğlu, hüquq müdafiəçisi Leyla Əliyeva və başqa tanınmış ictimai xadimlər olacaq.
S.Əkbər bildirib ki, yaratmaq istədikləri təşkilatın məqsədi Azərbaycanın demokratikləşməsi, NATO və Qərb standartlarının qəbuluna ictimai dəstək verməkdir: “Biz qərara gəldik ki, bu sahədəki fəaliyyətimizi birləşdirək, birgə koordinasiya edək”.
Təşkilatın siyasi cəhətdən heç bir iddiasının olmadığını nəzərə çatdıran keçmiş Müsavat funksioneri istəklərinin ölkənin demokratikləşməsi prosesinə ictimai dəstək vermək olduğunu vurğulayıb.
Müsavat Partiyasının keçmiş üzvü Qabil Hüseynlinin də yaranacaq ictimai birlikdə təmsil olunub-olunmayacağına da münasibət bildirən S.Əkbər deyib ki, Q.Hüseynliyə təşkilata qoşulmaq üçün təkliflə müraciət ediblər, ola bilsin, o da sonadan İB-yə qoşulsun.
Anar GƏRAYLI

562