Hərbi Dəniz Qüvvələrinin bazası Bayıldan köçürülür
29 iyun 2011 14:05 (UTC +04:00)

Hərbi Dəniz Qüvvələrinin bazası Bayıldan köçürülür

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Dəniz Qüvvələrinin Bakı buxtasından çıxarılması hazırda hərbi bazanın yerləşdiyi ərazinin Dövlət Bayrağı Meydanına düşməsi ilə bağlıdır. Bayraq Meydanının yaradılması və Dənizkənarı Bulvara doğru genişləndirilməsi ilə əlaqədar olaraq ətraf ərazidəki bütün tikililər sökülür. Eyni zamanda buradakı bir sıra gəmi təmiri müəssisələri və yaşayış obyektləri, o cümlədən hərbi hissə paytaxtdan kənara köçürülür.


Hərbi Dəniz Qüvvələri hələlik bir müddət Bibiheybət qəsəbəsində hərbi hissənin ərazisində və Zığ qəsəbəsində yerləşəcək. Daha sonra buradan Ələt qəsəbəsində inşa olunan yeni hərbi bazaya köçəcək.


Qeyd edək ki, HDQ-nin hazırkı bazası sovet dövründən Bayılda mövcud olub. Burada Sovet HDQ-nin Qırmızı Bayraqlı Xəzər Flotiliyası yerləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar