Azərbaycan prezidenti Türkiyənin baş nazirini təbrik edib
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının qazandığı inamlı qələbə münasibətilə təbrik edib, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük və uğurlu yol keçdiyini qeyd edib və bu qələbənin Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına inamının ifadəsi olduğunu vurğulayıb.
Türkiyənin baş naziri səmimi təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının prezidenti və Türkiyə Respublikasının baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını qeyd ediblər.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı onun üçün münasib vaxtda ölkəmizə səfərə dəvət edib.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46
Prezident APA Media Qrupun 9 əməkdaşını təltif etdi
21 iyul 2025 , 17:57
Prezident media nümayəndələrini təltif etdi - SİYAHI
21 iyul 2025 , 17:37
İki gün meşədə qalandan sonra Ağdama gedə bildik - Xocalıdan olan qadın
21 iyul 2025 , 13:35
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
21 iyul 2025 , 11:55
III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49