Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru Azərbaycanda səfərdə olub - FOTO
MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, bolqarıstanlı qonaqlar və Eldar Mahmudov başda olmaqla, MTN-in rəhbər heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Eldar Mahmudov həmkarı Kirço Kirovu qəbul edib. E.Mahmudov Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru ilə əvvəlki görüşlərini və səmərəli söhbətlərini xatırladıb, bu səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirib.
Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə olunub, enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin əhəmiyyəti qeyd edilib, Azərbaycan və Bolqarıstan xüsusi xidmət orqanları arasında ümumən maraq doğuran bütün bu sahələr üzrə məlumatlandırma və ekspert görüşlərinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Eldar Mahmudov təhlükəsizlik problemləri, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, xüsusən beynəlxalq terrorçuluqla mübarizə sahəsində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərlə əlaqədar irəli gələn fəsadlar barədə ətraflı məlumat verib.
Qonaq Bolqarıstanın və Azərbaycanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29