Hidayət Orucov Türkiyə prezidenti ilə görüşüb
Lent.az-ın məlumatına görə, H.Orucov Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə aprelin 15-dən 18-dək qonşu ölkədə olub.
Hər iki ölkə arasında din sahəsində mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından aktuallıq daşıyan səfər çərçivəsində keçirilən görüşlərdə Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasında mövcud əlaqələrin gücləndirilməsi müzakirə olunub, milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilib, bölgədə dini durumun sabitliyi, vicdan azadlığının təmin olunması barədə ətraflı fikir mübadiləsi aparılıb.
Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül də Hidayət Orucovu qəbul edib. Görüşdə ortaq milli-mənəvi dəyərlərimizin qorunması, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması, regionda dini sabitliyin daha da möhkəmləndirilməsi imkanları ilə bağlı fikirlər ifadə edilib. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafından və iki ölkə arasında qarşılıqlı etimadın getdikcə güclənməsindən məmunluq bildirilib.
Prezident Abdullan Gül səmimi salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Ölkənin digər rəsmi dövlət adamları və qeyri-hökumət təsisatlarının rəhbərləri ilə görüşlərdə də maraqlı müzakirələr aparılıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29