ABŞ diplomatı Mətbuat Şurasında olub - FOTO
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, görüşdə ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyət ətrafında fikir mübadilələrinin aparılıb, jurnalistlərin kütləvi aksiyaları işıqlandırma xüsusiyyətləri müzakirə olunub.
MŞ sədri Əflatun Amaşov ölkədə mətbuatın durumu ilə bağlı məlumat verərkən bildirib ki, kütləvi informasiya vasitələrinin başlıca problemi onların özlərini maliyyələşdirməkdə çətinlik çəkmələridir. Bunun aradan qaldırılmasına yönələn bir sıra tədbirlərin həyata keçirildiyini deyən Şura sədri mövcud istiqamətdəki səylərin artırılmasına ehtiyacın duyulduğunu bildirib. O qeyd edib ki, Mətbuat Şurası xüsusən də KİV-lərdə rəsmi qurumların elan və reklamlarının yerləşdirilməsinə dair beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə çalışır.
Ə.Amaşov jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları məsələsinə də toxunub. MŞ sədri bununla bağlı vəziyyətin öyrənilməsi, aksiyalar zamanı peşə fəaliyyətini yerinə yetirən KİV təmsilçilərinə zəruri şəraitin yaradılması məsələsinin hüquq-mühafizə orqanları ilə müzakirə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, üzərində “PRESS” yazılmış gödəkçələrdə olan jurnalistlər icazəli, yaxud icazəsizliyindən asılı olmayaraq bütün mitinqlərdə öz vəzifə borclarını sərbəst şəkildə yerinə yetirə bilirlər.
ABŞ Səfirliyinin mətbuat müşaviri K.Bin Azərbaycanda medianın durumunun, ümumilikdə söz və mətbuat azadlığı sahəsindəki vəziyyətin Birləşmiş Ştatlar tərəfindən daim diqqətdə saxlanıldığını deyib. O, səfirliyin mövcud istiqamətdəki təşəbbüsləri dəstəkləmək üçün praktik və nəzəri vəsaitlərin hazırlanması istiqamətində iş apardığını diqqətə çatdırıb. K.Bin həmçinin məlumat verib ki, yaxın günlərdə Minnesota Universitetinin jurnalistika və kütləvi kommunikasiyalar fakültəsinin professoru Ceyn Körtlinin ABŞ Dövlət Departamenti və Beynəlxalq Məlumat Proqramları Bürosunun xətti ilə nəşr edilən “Media hüququ” məlumat kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur. Kitabın Azərbaycan dilinə təcrübə edildiyini vurğulayan mətbuat müşaviri vəsait müəllifinin yaxın vaxtlarda Azərbaycana gələcəyini də bildirib. Görüşdə “Media hüququ” məlumat kitabçasının təqdimat mərasiminin ABŞ Səfirliyi və Azərbaycan Mətbuat Şurası tərəfindən birgə düzənlənməsinə dair razılığa gəlinib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29