Etibar Məmmədov aktiv siyasətə qayıtmır
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib. E.Məmmədovun sözlərinə görə, kimsə fərziyyələr irəli sürür, sonra da həmin məsələ müzakirəyə çıxarılır: “Mənim elə bir fikrim olsa, mətbuat bu haqda məlumatlı olacaq. Amma siyasətdə olan adamlar haqda belə fərziyyələrin irəli sürülməsini də normal hesab edirəm”.
AMİP-in İctimai Palatanı tərk etməsini şərh etmək istəməyən E.Məmmədov partiyanın fəaliyyətinə qarışmadığını deyib: “Partiya fəaliyyətində tam sərbəstdir, qərarları da özü qəbul edir. AMİP-in müvafiq strukturları və rəhbər orqanları var. Onlar ictimai-siyasi proseslərə uyğun addım atırlar”.
Qeyd edək ki, Etibar Məmmədov 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından olub və partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb. Hazırda AMİP-in lideridir.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29