Səfər Əbiyev Türkiyənin quru qoşunları komandanını qəbul edib
18 aprel 2011 18:25 (UTC +04:00)

Səfər Əbiyev Türkiyənin quru qoşunları komandanını qəbul edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanda Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.

Geniştərkibli görüşdə Səfər Əbiyev ordu generalı E.Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Türkiyə ilə Azərbaycanı birləşdirən qırılmaz tellərin getdikcə bərkidiyini və bu qardaşlıq əlaqələrinin hər iki ölkənin milli və dövlətçilik maraqlarına söykəndiyini bildirib. Eyni fikri bölüşən türkiyəli qonaq da bu qardaşlığın daha yüksəklərə ucaldılmasının vacibliyini vurğulayıb.

Hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri görüş zamanı aparılan müzakirələrin əsas mahiyyətini təşkil edib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç və Türkiyənin Azərbaycandakı hərbi attaşesi briqada generalı Özhan Ayaş iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar