Azərbaycanla Rumıniya arasında Birgə Fəaliyyət Planı imzalandı
Bu gün təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Rumıniya prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti bildirib ki, iki ölkənin münasibətləri strateji xarakter daşıyır və bütün sahələrdə əməkdaşlıq çox uğurla aparılır.
Rumıniyalı həmkarı ilə təkbətək görüşdə də geniş müzakirə apardıqlarını deyən prezident İlham Əliyev qeyd edib ki, bir daha Rumıniya-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğu görünüb: “Həm siyasi sahədə, eyni zamanda, iqtisadi, humanitar sahələrdə, hər bir istiqamətdə çox gözəl nəticələr var”. O, Trayan Beseskunun səfərinin əlaqələrin inkişafına dəyərli töhfə verəcəyinə əmin olduğunu söyləyib.
Azərbaycana dəvət olunduğuna görə Azərbaycan prezidentinə təşəkkürünü bildirən Trayan Beseksku deyib ki, səfər çərçivəsində biz ikitərəfli münasibətlər müzakirə olunacaq: “Azərbaycan-Rumıniya arasında çox müfəssəl əlaqələrimiz var. Bu da ötən səfərlər zamanı müzakirə edilmiş məsələlərin həyata keçməsi ilə əlaqədardır. Bu səbəbdən biz növbəti görüşlərimizə böyük əminliklə baxırıq. Çünki məhz elə bu gün sizinlə görüşdə də çox dəyərli və mühüm mövzular müzakirə edilib”.
Prezidentlərin iştirakı ilə keçirilən geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı”nı Azərbaycan prezidenti İlham Əliyev və Rumıniya prezidenti Trayan Besesku imzalayıblar. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i kənd təsərrüfatı naziri İsmət Abasov və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş”i səhiyyə naziri Oqtay Şirəliyev və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu”nu xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Doru Kostea imzalayıblar.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29