Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb
18 aprel 2011 15:36 (UTC +04:00)

Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb

Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakıda bir sıra mərkəzi yollarda hərəkətə məhdudiyyətlər qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, aprelin 18-dən 19-u axşam saatlarınadək Aeroprt şossesindən paytaxtın mərkəzinədək olan hissədə, həmçinin, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Zərifə Əliyeva küçəsi və digər mərkəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq. Sürücülərə avtomobillərini yol kənarında saxlamağa icazə verilməyəcək.

Bu səbəbdən də, sürücülərdən qeyd olunan istiqamətlərdə nisbətən az istifadə etmələri və yol polisinin qanuni tələbinə riayət etmələri xahiş olunur.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar