Polis Sahil bağını əhatəyə alıb
17 aprel 2011 16:01 (UTC +04:00)

Polis Sahil bağını əhatəyə alıb

İctimai Palatanın bu gün saat 16:00-da Sahil bağında keçirməyi planlaşdırdığı razılaşdırılmamış aksiya ilə əlaqədar təhlükəsizlik tədbirləri görülür. Lent.az-ın əməkdaşı xəbər verir ki, hazırda Çevik Polis Alayı Sahil bağını əhatəyə alıb, bağda istirahət edən sakinlər çıxarılıb və ora kimsə buraxılmır.

Bağın bir neçə tərəfindən aksiya iştirakçılarının cəhdləri müşahidə olunub, lakin bu cəhdlərin qarşısı polis tərəfindən alınıb.

Əməkdaşımız xəbər verir ki, Sahil bağının yaxınlığında yerləşən Yeni Azərbaycan Partiyasının qərargahının eyvanından millət vəkilləri Siyavuş Novruzov, Fəzail Ağamalı və Eldar İbrahimov ətrafdakı vəziyyəti müşahidə edirlər.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar