Türkiyə səfiri “bölgədəki güc bizik” dedi
17 aprel 2011 15:38 (UTC +04:00)

Türkiyə səfiri “bölgədəki güc bizik” dedi

Türkiyə Ermənistanla sərhədləri heç zaman açmayacaq. APA-nın məlumatına bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç TUSİAB-ın bu gün Bakıda keçirilən 17-ci Dönəm Ümumi Yığıncağında bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanın Ermənistana qarşı tələbləri yerinə yetirilmədiyi halda, sərhədlər bağlı qalacaq. «Biz Türkiyə olaraq çox səmimiyik, Azərbaycan dövləti də səmimidir. Buna görə də bu birliyimizi, gücümü hər kəsə göstərməliyik. Bölgədəki güc bizim gücümüz, Türkiyə və Azərbaycanın gücüdür», - deyə səfir bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar