Sahil bağı ətrafında polislər və jurnalistlər toplaşıb
17 aprel 2011 15:27 (UTC +04:00)

Sahil bağı ətrafında polislər və jurnalistlər toplaşıb

Lent.az-ın məlumatına görə, hazırda həmin ərazidə təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə polis əməkdaşları ərazini nəzarətə götürüb. Sahil bağının ətrafında polislər və jurnalistlər toplaşıb. Aksiya iştirakçıları hələlik gözə dəymir.

Bu saatlarda ərazidəki və yaxın ətrafdakı ticarət, iaşə və bank binaları qapılarını bağlayıb, işə fasilə verməyə məcbur olublar. Mağaza sahiblərindən biri əməkdaşımıza bildirib ki, 2 aprel aksiyasında bir neçə müəssisənin binasının qapı və pəncərələrinin aksiya iştirakçıları tərəfindən sındırılması onlarda narahatlıq doğurub, o səbəbdən də indi vaxtında tədbir görməyi lazım biliblər.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar